“Hurriyyet qəzeti”nin mətbəəsi dağıdıldı - VİDEO
“Hürriyyət”in redaksiyasına daxil olan məlumata görə, bu gün səhər saatlarında Elçin Fərzəlibəylinin adına qeydiyyatda olan mətbəə naməlum şəxs tərəfindən qarət edilib. Bütün elektrik xəttləri kəsilib, ləvazimat yararsız hala salınıb. Mətbəədə quraşdırılan kamera görüntülərindən soyğunçunun 25-30 yaşlarında bir gənc olduğu aydın görünür. Mətbəə rəhbərliyinin dediyinə görə, həmin şəxs dəfələrlə mətbəyə daxil olaraq elektrik xətlərini yararsız hala salıb, hətta qonşuluqdakı evin elektrik xətlərini də kəsib doğrayıb. Aidiyyatı qurumlara, özəlliklə də polis idarəsinə dəfələrlə müraciət olunsa da, bu günədək heç bir tədbir görülməyib. Polis orqanlarının məsuliyyətsizliyi bu gün mətbəənin tamamilə iflic vəziyyətə düşməsi ilə nəticələnib.
Mətbəə rəhbərliyi onu da qeyd edir ki, sözügedən olay qarətdən çox, mətbəənin işinə son qoymaq məqsədilə törədilən təxribaxtdır.
Runa
Hurriyyet.az