📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

" Xocalı qətliamını heç vaxt unutmayacağıq" - Ərdoğan

2026-02-26 20:49:27

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı paylaşım edib.

"AzPolitika" xəbər verir ki, prezident bu barədə "X" sosial media hesabında yazıb.

"Xocalı qətliamının 34-cü ildönümündə qətlə yetirilən azərbaycanlı qardaş-bacılarımızı rəhmət və dərin hüznlə yad edir, dost və qardaş Azərbaycan xalqına başsağlığı verirəm.

Ağrısını hər zaman qəlbimizin ən dərinində hiss edəcəyimiz bu insanlıqdan uzaq qətliamı heç vaxt unutmayacağıq", - paylaşımda qeyd olunub.