📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

10 bağçanın direktoru da İŞDƏN ÇIXARILDI - SƏBƏB

2022-07-15 16:22:00

10 bağçanın direktoru da İŞDƏN ÇIXARILDI - SƏBƏB

Təhsil Nazirliyi tərəfindən dövlət məktəbəqədər təhsil müəssisələrində monitorinqlər davam etdirilir.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, aparılmış monitorinqlər nəticəsində 10 nəfər məktəbəqədər təhsil müəssisənin müdiri işində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad olunub, 3 nəfər bağça müdiri əvəzinin həvalə əmri ləğv olunub, 6 nəfər bağça müdirinə sonuncu xəbərdarlıqla şiddətli töhmət, 5 nəfərə töhmət, 2 nəfərə isə xəbərdarlıq verilib.

Hurriyyet.az xəbər verir ki, aparılmış yoxlamalar nəticəsində bundan əvvəl 11 nəfər məktəbəqədər təhsil müəssisəsinin müdiri işində yol verdiyi nöqsanlara görə, 30 nəfər məktəbəqədər təhsil müəssisəsinin müdiri isə çalışmanın yaş həddinə çatdığı üçün tutduğu vəzifədən azad olunub.