📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

10 dollar üstündə 90 nəfər həlak oldu, yüzlərlə yaralı var

2023-04-20 10:58:00

10 dollar üstündə 90 nəfər həlak oldu, yüzlərlə yaralı var

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Yəmənin paytaxtı Sana şəhərinin mərkəzində yerləşən Bab əl Yəmən rayonunda aprelin 20-nə keçən gecə faciə baş verib, onlarla insan həlak olub.

Husilərin nəzarətində olan Sana şəhərində yerli biznesmenlərin maliyyələşdirdiyi xeyriyyə fondu tərəfindən ianə paylaması zamanı baş verən qarışıqlıqda azı 90 nəfərin həlak olduğu, 300 nəfərdən çox insanın yaralandığı bildirilir. Biznesmenlərdən iki nəfəri həbs edilib. Faktla bağlı araşdırma aparılır.

Paylanan zəkatın məbləğinin adambaşına 10 dollar olduğu bildirilir.

Hürr Tərcüman