10 gündə 150 görüş - Türk diplomatiyası atəşkəsə necə təsir edib?
2026-04-10 13:11:15
Türkiyənin həm region ölkələri, həm də Qərblə eyni vaxtda əlaqə qurma bacarığı ABŞ və İran arasında atəşkəsin elan edilməsinə aparan prosesdə həlledici rol oynayıb.
"Türkiye Gazetesi"ndə yer alan xəbərə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi və xarici işlər naziri Hakan Fidanın intensiv səyləri atəşkəsə mühüm töhvələr verib.
Əldə edilən məlumata görə, Ankara müharibənin əvvəlində qarşısına iki məqsəd qoymuşdu - birincisi, "regional münaqişənin qarşısını almaq", ikincisi, "müharibənin psixoloji təsirlərini ABŞ-yə ötürmək".