📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

10 humanitar dəhlizlə bağlı razılıq əldə edildi - Vereşçuk

2022-04-09 16:39:00

10 humanitar dəhlizlə bağlı razılıq əldə edildi - Vereşçuk

Mülki şəxslərin bugünkü təxliyəsi üçün 10 humanitar dəhlizlə bağlı razılıq əldə edilib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini, Hökumətlərarası komissiyanın həmsədri İrina Vereşçuk məlumat verib.

“Mariupoldan Zaporojyeyə keçmək istəyənlər yalnız şəxsi avtomobillər vasitəsilə gedə biləcəklər.

Berdyansk şəhərinə isə təxliyə üçün avtobus göndəriləcək. Tokmak, Enerqodar və Melitopoldan Zaporojyeyə keçmək istəyənlər üçün humanitar dəhliz açıq olacaq”, - Vereşçuk deyib.