10 milyondan artıq ukraynalı evindən didərgin düşüb
BMT: “Ukraynalıların 3,9 milyon nəfəri qaçqına, 6,5 milyonu köçkünə çevrilib”
Hurriyyet.az “Ukrainskaya pravda” nəşrinə istinadla xəbər verir ki, BMT-nin Baş katibinin humanitar məsələlər üzrə köməkçisi Coys Msuya BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edərək 3,9 milyon ukraynalının qaçqına, 6,5 milyon ukraynalının isə köçkünə çevrildiyini bildirib.
Bundan savayı, BMT-nin 27 mart tarixinə qədər olan məlumatına görə, müharibə başlanandan 1119 nəfər, o cümlədən 99 uşaq həlak olub. Lakin real rəqəmlərin bundan xeyli artıq olduğu güman edilir. Çünki fəal döyüşlər aparılan yerlərdə operativ məlumat toplamaq mümkün olmur.
Bir çox şəhərlərin sakinləri ərzaq, dərman qıtlığından əziyyət əkir, elektrik və istilik enerjisi çatışmır. Bəzi rayonlarda isə cəsədləri basdırmaq belə təhlükəli olub. Minalar və atəş açılması səbəbindən humanitar karvanlar çox vaxt hadisə yerinə gedib çatmır.
Hürr Tərcüman