10 səfirin Türkiyəyə qarşı məktubunun arxasına duran əsas qüvvə Bayden iqtidarıdır
Hurriyyet.az “Yeni Şafak” nəşrinə istinadən xəbər verir ki, ABŞ başda olmaqla, 10 səfirin Osman Kavalanın azadlığa buraxması üçün qələmə aldıqları bildirişin mənbəyi ilə bağlı məlumat verilib. ABŞ Prezidenti Cozef Baydenin komandasına yaxın olan “Nyu-York Tayms” qəzetində böhranla bağlı məqalə dərc edilib.
Karlotta Qall adlı jurnalistin “Nyu-York Tayms” qəzetində dərc edilən yazısında deyilir: “Bayden iqtidarı Prezidentin insan hüquqları pozulmasında məsul olan ölkələri açıqca hədəfə almaq siyasəti çərçivəsində məktubun arxasındakı əsas qüvvə idi”.
Bəlli olduğu kimi, 18 oktyabr tarixində ABŞ, Almaniya, Danimarka, Finlandiya, Fransa, Hollandiya, İsveç, Kanada, Norveç və Yani Zellandiyanın Ankaradakı səfirləri Osman Kavalakın mühakimə edilməsinə etiraz olaraq birgə bəyanat vermiş, bu birgə bəyanat Türkiyə rəhbərliyi tərəfindən çox sərt qarşılanmış, səfirlər Xarici İşlər Nazirliyinə çağrılaraq, xəbərdar edilmişdilər. Prezident R.T.Ərdoğan oktyabrın 23-də bununla əlaqədar belə demişdi: “Xarici İşlər nazirimizə göstəriş verdim. “Bu 10 səfirin dərhal “arzuolunmaz şəxs” elan edilməsi məsələsini həll edin, dedim”.
Bayden 3 noyabr seçkilərindən əvvəl – 2020-ci il yanvarın 16-da həmin “Nyu-York Tayms” qəzetinə müsahibəsində Türkiyə ilə Prezident Ərdoğanı hədəfə alan açıqlamalar vermişdi. Prezident olduqdan sonra isə Bayden Türkiyənin daxili işlərinə qarışmaq planlarından bəhs edərək belə demişdi: “Ərdoğan etdiklərinin əvəzini ödəməlidir. Mənim keçmişdə etdiyim kimi hal hazırda müxalifət rəhbərliyindəki şəxslərlə birbaşa təmasda olub, Ərdoğana qalib gələmələri üçün onları daha da gücləndirməli və onlardan daha çox istifadə eləməyə çalışmalıyıq”.
Bayden vəzifə başına keçəndən sonra Türkiyəni bir çox sahədə hədəfə alan siyasət yürüdüb. Suriyadakı PKK/YPG terror təşkilatına minlərlə tır silahla dəstək verib, qondarma “erməni soyqırımı”nı tanıyan ilk ABŞ Prezidenti olub.
Hürr Tərcüman