📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

10 sığorta agentinin lisenziyası ləğv olundu

2024-12-09 14:21:05

10 sığorta agentinin lisenziyası ləğv olundu

Azərbaycan Mərkəzi Bankı 2 hüquqi şəxsə və 8 fiziki şəxsə sığorta agenti fəaliyyətinə verdiyi lisenziyaların qüvvəsini ləğv edib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Report-a tənzimləyici qurumdan bildirilib.

Məlumata görə, bu qərar noyabrın 20-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq müvafiq hesabat təqdim edilmədiyi üçün qəbul edilib.