📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“100-ə yaxın erməni hərbçi ölüb” - Peqov

2022-09-13 17:09:00

“100-ə yaxın erməni hərbçi ölüb” - Peqov

"Ermənistan-Azərbaycan sərhədində baş verən son silahlı qarşıdurma zamanı 100-ə yaxın erməni hərbçi ölüb”.

Hurriyyet.az xəbər verir ki, bu barədə məlumatı ermənipərəst rusiyalı hərbi jurnalist Semyon Peqov öz rəsmi teleqram kanalında paylaşıb.

Onun sözlərinə görə, hazırda döyüşlər davam edir: “Mənbələrimizin məlumatına görə, Vardenisdə vəziyyət çox ciddidir. İlkin məlumata görə, azərbaycanlı hərbçilər orada bir neçə erməni postuna nəzarəti ələ keçirib”.

Qafqazinfo.az