📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

100 nəfərdən çox insan selin qurbanı olub

2023-07-13 15:55:00

100 nəfərdən çox insan selin qurbanı olub

Hurriyyet.az xəbər verir ki, “Assoşieyted Press” agentliyi bir neçə gün aramsız yağan musson yağışları nəticəsində Hindistanın şimalında yaranan sellər və sürüşmələrin 100 nəfərdən çox insanın ölümünə səbəb olduğunu bildirib.

Vertolyotların yardımı sayəsində 300-dən artıq turisti xilas etmək mümkün olub. 30 minə yaxın sakin təxliyə edilib. Çayda suyun səviyyəsi qalxmağa davam edir.

Leysanın törətdiyi sellər maşınları, avtobusları, körpüləri yuyub aparıb, 170-ə yaxın ev məhv olub, 600 ev zədələnib.

Ölkədə musson yağışlarının daha da güclənəcəyi gözlənilir.

Hürr Tərcüman