📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

108 şəxsin məşğulluğu təmin edilib

2026-10-09 14:27:53

108 şəxsin məşğulluğu təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Xocavənd rayonunun Hadrut qəsəbəsinə köçürülmüş sakinlərin məşğulluğunun təminatı istiqamətində tədbirlərini davam etdirir.

Hurriyyet.net  xəbər verir ki, həmin sakinlərdən artıq 108 şəxsin məşğulluğu təmin edilib.

O cümlədən 3 şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatları qurulub.

Hadrut qəsəbəsinə köçürülmüş sakinlərdən daha bir qrup şəxsin məşğulluğunun təmin edilməsi istiqamətində iş aparılır.