📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

11-ci sinif şagirdi “Son zəng” öncəsi YOXA ÇIXDI

2022-06-14 20:35:00

11-ci sinif şagirdi “Son zəng” öncəsi YOXA ÇIXDI

Füzulidə 11-ci sinif şagirdi itkin düşüb.

İtkin düşən şəxs Böyük Bəhmənli kənd sakini, 2005-ci il təvəllüdlü Süleymanov Zaur Elşən oğludur.

Onun suda batması ilə bağlı Baş Mil kanalının Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisindən keçən hissəsində FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, “112” qaynar telefon xəttinə Baş Mil kanalının Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisindən keçən hissəsində 2005-ci il təvəllüdlü Süleymanov Zaur Elşən oğlunun batması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək. \\Qafqazinfo