📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

11 il sonra Premyer Liqada qol vurdu

2026-10-16 18:53:40

11 il sonra Premyer Liqada qol vurdu

“Şəfa”nın yarımmüdafiəçisi Elnur Cəfərov 11 il sonra Azərbaycan Premyer Liqasında qol vurub.

Hurriyyet.net xəbər verir ki, o, hazırda davam edən “Şamaxı” ilə matçda fərqlənib.

29 yaşlı yarımmüdafiəçi sonuncu dəfə 2015/2016-cı il mövsümündə “Xəzər Lənkəran”ın heyətində “Rəvan”a qol vurmuşdu.

Bu, Elnurun əsas çempionatda 4-cü qolu olub.