📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

11 ildən sonra normallaşma addımı – Çavuşoğlu səfər edəcək

2023-03-17 14:35:00

11 ildən sonra normallaşma addımı – Çavuşoğlu səfər edəcək

Hurriyyet.az xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Misirin Xarici İşlər naziri Sameh Şükrünün dəvəti ilə sabah Qahirəyə rəsmi səfərə gedəcək.

Çavuşoğlu 11 il fasilədən sonra Türkiyədən Misirə səfər edən ilk XİN rəhbəri olacaq.

Türkiyədə zəlzələdən sonra, fevralın 27-də Misir XİN rəhbəri Sameh Şükrü dəstəkləmək və başsağlığı vermək üçün Türkiyəyə səfər etmiş və həmkarı M. Çavuşoğlu ilə görüşmüşdü.

Misir həm də zəlzələdən zərər çəkənlər üçün humanitar yardım göndərmişdi.

Hürr Tərcüman