📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

11 min amerikalı evindən didərgin düşdü

2022-09-12 14:44:00

11 min amerikalı evindən didərgin düşdü

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatında 6 sentyar tarixində başlanan meşə yanğını 16 500 hektardan artıq ərazini külə çevirib, 11 min nəfərdən artıq insaının evlərini tərk eləməsinə səbəb olub. 6 mindən artıq bina yanğının təsirinə məruz qalıb. Yanğının cəmi 10 faizini nəzarət altına almaq mümkün olub. Bölgədən köçürülən minlərlə sakin Sakramentoda kollecə yerləşdirilib.

Təxliyə edilənlərdən Derik Cons adlı vətəndaş deyib: “Çox narahatıq. Geri qayıtmaq üçün evimizin alıb-almadığını bilmirik. Yanğının cəmi 5 faizinin nəzarətə alındığını deyirlər. Yanğın Forsthilldən Suqarprayna və şəhərin mərkəzinə doğru irəliləyir. Deyilənə görə, qəsəbəmizi cənginə almaq üzrədir. Lakn qəsəbəni qorumaq üçün cəmi 85 yanğınsöndürən var”.

Hürr Tərcüman