📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“11 sentyabr fitnəsi “Taliban”ı devirib Əfqanıstanı işğal eləmək üçün bəhanə idi”

2021-08-26 16:27:00

“11 sentyabr fitnəsi “Taliban”ı devirib Əfqanıstanı işğal eləmək üçün bəhanə idi”

 

Hurriyyet.az xəbər verir ki, Əfqanıstanı idarə edən “Taliban”  təşkilatı “Əl-Qaidə” təşkilatı ilə bağlı indiyə qədər yaradılmış təsəvvürləri alt-üst edən açıqlama verib. 

ABŞ-ın ölkədən getməsindən sonrakı on gün ərzində paytaxt Kabulu nəzarət altına alan “Taliban”ın mətbuat nümayəndəsi Zabihullah Mucahid canlı yayımda NBC Nightly News kanalına müsahibə verib. O, ABŞ-da 2 977 nəfərin ölümünə səbəb olan 11 sentyabr terrorunun törədilməsində Ben Ladenin rəhbərlik elədiyi “Əl-Qaidə” təşkilatının əli olduğunu təsdiqləyən fakt və dəlillərin olmadığını söyləyib. Mücahidin açıqlamasında ABŞ-ın Ben Ladendən “Taliban”a qarşı “müharibə etmək üçün bəhanə” kimi istifadə edildiyi bildirilir.

Bəlli olduğu kimi, ABŞ-ın Əfqanıstanı və İraqı işğal eləmək əsəs səbəblərdən biri kimi göstərdiyi Ben Laden 10 illik səylərdən sonra ABŞ xüsusi təyinatlıları tərəfindən öldürülmüşdü.

Səudiyyə Ərəbistanında doğulmuş Ben Ladenin 100 milyonlarla dollar şəxsi sərvətinin “Əl Qaidə” təşkilatının əsas gəlir mənbəyi olduğu iddia edilir.

Ben Ladenin adı 11 Sentyabr hadisələrindən əvvəl də Federal Təhqiqat Bürosunun axtarış siyahısında olub.

 

Tramp da 11 sentyabr müəmmasından danışmışdı: “Başqa oyunçular var idi və məncə, onların kim olduqlarını bilirəm”

 

ABŞ prezidenti Donald Tramp da 2019-cu ilin iyununda ABC News televiziya verilişində çıxışı zamanı 11 sentyabr hadisələrinin İraq tərəfindən törədilmədiyini söyləyərək demişdi: “Başqaları var idi və məncə, onların kim olduqlarını bilirəm”. Tramp “Əl Qaidə”nin öz üzərinə götürdüyü 11 sentyabr hücumları üçün İraqı işğal eləməyi axmaqlıq adlandırıb. Tramp Ümumdünya Ticarət Mərkəzinə və Pentaqona əslində İraqın hücum eləmədiyini söyləyib: “İraq deyildi. Başqa aktyorlar var idi və məncə, onların kim olduqlarını bilirəm”.

ABŞ-ın Yaxın Şərqdəki hərbi fəaliyyətini tənqid edən Tramp bunu “Ölkənin tarixində ən pis qərar” adlandırıb. Yaxın Şərqi “bataqlıq” adlandıran Tramp hələ 2019-cu ildə demişdi: “Yaxın Şərqə daxil olmaq axmaq bir fikir idi. 8 trilyon dollara qədər pul xərclədik. İndi də, məktəb, yol, magistral və ya başqa bir şey inşa eləmək istəsək, hamı “pul qazanmaq üçün savaşırlar” deyəcəkdir”.

İngiltərə daxil olmaqla, ABŞ-ın bir çox müttəfiqi “Əl Qaidə”nin yerləşdiyi Əfqanıstanı işğal eləmişdi. Lakin İraq da 11 sentyabr hadisələrində günahkar elan edilərək, ABŞ tərəfindən işğal edildi. İraqın işğalı yüz minlərlə iraqlı ilə 4 min nəfərdən artıq ABŞ hərbçisinin ölümünə və İŞİD teror təşkilatının yaradılmasına səbəb olmuşdu.

ABŞ prezidenti Donald Tramp dəfələrlə 11 sentyabr hadisələri ilə bağlı açıqlamalar verib. ABŞ prezidentliyinə namizəd olduğu zaman çıxışlarının birində Tramp keçmiş ABŞ prezidentləri Bill Klinton və Corc Buşu əllərində fürsət var ikən Üsame bin Ladini öldürməməkdə ittiham eləmişdi.

Bəlli olduğu kimi, Donald Tramp uzun müddət tikinti sektorunda çalışıb və başqa bir çıxışında öz təcrübəsinə əsaslanaraq, yüngül metaldan olan təyyarələrin qalın polad armaturlarla hörülmüş binanı “bıçağın yağı kəsdiyi” kimi asanlıqla parçalamasının mümkünsüz olduğunu bildirmiş, 11 sentyabr hadisələri zamanı binanın əvvəlcədən minalandığı iddiasını irəli sürmüşdü.