📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

11 yaşlı ukraynalı uşaq Zaporojyedən Slovakiyaya təkbaşına gedib

2022-03-07 15:05:00

11 yaşlı ukraynalı uşaq Zaporojyedən Slovakiyaya təkbaşına gedib

Hurriyyet.az CNN Türk kanalına istinadla xəbər verir ki, Rusiyanın Ukraynaya hücum elədiyi 24 fevral tarixindən bəri 1,5 milyona qədər ukraynalının qaçqına çevriliyi güman edilir. Doğma evini, vətənini tərk edən ukraynalı qaçqınlar arasında 11 yaşlı bir uşaq günün qəhrəmanına çevrilib.

Slovakiyada onu “gecənin qəhrəmanı” adlandırdılar

Zaporojye şəhərindən olan 11 yaşlı bir uşağın Slovakiyaya təkbaşına keçdiyi bəlli olub. Slovakiya rəsmiləri onu “gecənin qəhrəmanı” adlandırıblar.

Slovakiya Daxili İşlər Nazirliyinin məlumatına görə, oğlanın üstündə pasportu, kürək çantası və polietilen torbası var. Ukraynada qalmağa məcbur olan ailəsi ona Slovakiyaya çatdıqdan sonra qohumları ilə əlaqə saxlaması üçün əlinin üstünə yazılan telefona zəng eləməyi tapşırıb. Slovakiyada könüllülər uşağı dərhal isti sığınacaqla təmin edərək ona yemək verib.

Nazirliyin “Feysbuk” səhifəsində uşağın əlinə yazılmış məlumatlar və pasportu sayəsində anası və qohumları ilə əlaqə saxlandığı bildirilib. Açıqlamada deyilir: “Gülümsəməsi, cəsarəti və əsl qəhrəmana yaraşan qətiyyəti ilə hər kəsi özünə heyran etdi”.

Oğlanın anası övladına kömək edən hər bir kəsə təşəkkürünü bildirərək deyib: “Uşağımın həyatını xilas elədiyiniz üçün sizə çox minnətdaram. Çünki mənim şəhərimin yanında atom stansiyası var, rusiyalı işğalçılar onu atəşə tutandan sonra orada ynğın baş vermişdi. Anamın 84 yaşı olduğu və hərəkət edə bilmədiyi üçün onu qoyub gələ bilmirəm. Mən oğlumu qatara mindirib Slovakiya ilə sərhədə yola saldım”.

Hürr Tərcüman