📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

1,18 dollara başa gələn peyvənd 130 dollara satılacaq – “Bu ki qarətdir”

2022-11-10 15:01:00

1,18 dollara başa gələn peyvənd 130 dollara satılacaq – “Bu ki qarətdir”

Hurriyyet.az xəbər verir ki, Britaniyanın “Deyli Meyl” qəzetinin yazdığına görə,  “Pfizer” şirkətinin koronavirusa qarşı peyvəndin qiymətini artırmaq qərarı Avropa sakinlərini hiddətləndirib.

Qəzetin əməkdaşları bu qərarın səbəbinin sırf acgözlük olduğuna əmindirlər. İqtisadçılar da bu fikirlə razılaşırlar. Onların fikrincə, kampaniyanın yaratdığı vaksinin gətirdiyi çoxmilyardlıq gəlirlər ən azından Avropadakı məhz indiki enerji böhranı dövründə onun qiymətinin bahalaşmamasını təmin edə bilər.

“Pfizer” şirkəti vaksinin bir dozasının 130 dollara qədər bahalaşacağını bəyan edib. Keçən il eyni peyvəndin bir dozası 19-20 dollara satılırdı. Halbuki, onun bir dozasının istehsalı şirkətə cəmi 1,18 dollara başa gəlir.

Kasıb avropalılar çətin vəziyyətə düşə bilərlər – hökumətlər peyvəndləri maliyyələşdirməyi bacarmayacaqlar, onları öz hesaına vurdurmağı isə hər kəs bacarmayacaq.

Qəzetin yazdığına görə, ekspert Culiya Kosqi bununla bağlı deyib: “Bir doza üçün 130 dollar qiymət 10000%-dən artıq bahalaşma deməkdir. Bu, günün günorta çağı qarətdir”.

Hürr Tərcüman