119 illik tarixində "Bayer"i ilk dəfə çempion edən Xabidən açıqlama
2024-04-15 23:44:34
"Bayer"in baş məşqçisi Xabi Alonso Almaniya çempionu olmaqları haqda danışıb.
Leverkuzen təmsilçisi ötən gün Bundesliqada çempionluğu rəsmiləşdirib. Bu, klub tarixində ilk çempionluqdur.
Xabi Alonso isə komandası ilə fəxr etdiyini bildirib: “120 ildə ilk dəfə Bundesliqanı qazanmaq xüsusi bir hissdir. Futbolçularımız əla oyun nümayiş etdirir. Mən onların hər biri ilə fəxr edirəm". \\Metbuat.Az