12 günlük müalicədən sonra evə buraxıldı - Əməliyyat olunacaq
2026-11-28 10:49:41
Türkiyəli məşhur müğənni Yavuz Bingöl səhhəti ilə bağlı problem yaşayıb.
Hurriyyet.net xəbər verir ki, bu haqda sənətçinin həyat yoldaşı Nilşah Ağaoğlu Bingöl məlumat yayıb.
Belə ki, müğənni öd daşı səbəbilə noyabrın 16-da İstanbulda xəstəxanaya yerləşdirilib və 12 günlük müalicədən sonra evə buraxılıb.
Nilşah Ağaoğlu həmçinin qeyd edib ki, nəzərdə tutulan cərrahi əməliyyat planlaşdırıldığı kimi həyata keçirilə bilməyib və dörd həftə sonraya təxirə salınıb.