📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

12 yaşlı qızı maşın vurdu, vəziyyəti ağırdır

2026-10-17 21:57:47

12 yaşlı qızı maşın vurdu, vəziyyəti ağırdır

Qazaxda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, rayonun Kosalar kəndi ərazisində hərəkətdə olan VAZ 21015 markalı minik avtomobili yolu keçmək istəyən 2014-cü il təvəllüdlü S.Xəlilovanı vurub.

Yaralı dərhal xəstəxanaya çatdırılıb, onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.

Faktla bağlı araşdırma aparılır.