📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

12 yaşlı qızla nişanlanan kişi üzr istədi

2023-12-30 09:37:21

12 yaşlı qızla nişanlanan kişi üzr istədi

Sabirabadın Məmişli kəndində 12 yaşlı qızla nişanlanan 32 yaşlı Kərim Kaxidzeadlı şəxs Azərbaycan xalqından üzr istəyib.

Hurriyyet.az xəbər verir ki, o, müsahibəsində peşman olduğunu bildirib:

"İki ildir gediş gəlişimiz var. Ailələrimiz biri-birini tanıyıb. Anamgili göndərmişəm, "hə" almışıq. Böyük nişan olmayıb və başqa heç nə olmayıb.

Azyaşlı ilə nişanlandığıma görə peşmanam. Azərbaycan xalqından üzr istəyirəm. Gərək belə olmazdı".

Qeyd edək ki, məsələ ilə bağlı görüntüləri aparıcı Lalə Azərtaş "Təsir dairəsi" verilişində yayımlamışdı.

yenisabah.az