📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

1231 şəxs poçtalyon və operator işlərinə cəlb olunub

2021-12-25 14:36:00

1231 şəxs poçtalyon və operator işlərinə cəlb olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İş Mərkəzi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “Azərpoct” və “Aztelekom” MMC-lər yeni layihəyə başlayıblar.

Nazirikdən “Qafqazinfo”ya daxil olan məlumata görə, layihə çərçivəsində DOST İş Mərkəzi tərəfindən 1231 nəfər ictimai işçi “İşsizin DOSTu” proqramı üzrə “Azərpoct”  MMC və “Aztelekom” MMC  müəsissələrində fəaliyyətə başlayıb. Onlar DOST İş Mərkəzi ilə bağlanmış əmək müqavilələri əsasında həmin müəsissələrdə poctalyon və operator işlərini yerinə yetirirlər. Layihə  60 rayonu əhatə edir. 

“İşsizin DOSTu” proqramı çərçivəsində 56 min ictimai iş yeri mövcuddur.

qafqazinfo.az