📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"13 gündür, uşaqlarımızdan xəbər yoxdur" - Erməni valideynlər

2022-09-26 15:11:00

"13 gündür ki, uşaqlarımız dərədədir, onlardan heç bir məlumatımız yoxdur".

Bakupost.az Ermənistanın "Pastinfo" saytına istinadən xəbər verir ki, bunu itkin düşmüş hesab edilən erməni hərbçinin atası Serj Kazaryan Müdafiə Nazirliyinin binası qarşısında jurnalistlərə bildirib.

Hərbçilərin yaxınları Müdafiə Nazirliyinin rəsmiləri ilə də görüşüblər. Nazirlikdən onlara “gözləyin, axtarış işləri aparılır” deyilib.

Saytın yazdığına görə, Basarkeçər (Geqarkunik) və Zəngəzurda (Sünik) hələ də taleyi naməlum əsgərlər var, valideynləri onlardan xəbər tuta bilmir. Qeyd olunur ki, övladları itkin düşən şəxslər hansı əməliyyat-axtarış tədbirlərinin aparıldığını bilmir, əsgərlərin diri və ya ölü, yaralı və ya əsir olduqlarından xəbərsizdirlər.