📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

13 il əvvəl öldürülən qadının qatili tapıldı - Şəmkirdə nə baş verib?

2026-09-17 19:02:15

13 il əvvəl öldürülən qadının qatili tapıldı - Şəmkirdə nə baş verib?

Şəmkirdə 13 il əvvəl törədilmiş qətlin üstü açılıb, hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Hurriyyet.media  DİN və Baş Prokurorluğun Mətbuat xidmətlərinin birgə məlumatında bildirilib.

Məlumata görə, 2013-cü il avqustun 5-də Şəmkir rayonunda 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyiti aşkarlanıb.

Polis və prokurorluq əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli tamah məqsədilə törətməkdə şübhəli bilinən 1989-cu il təvəllüdlü Xəyal Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işinin ibtidai istintaqı davam etdirilir.