📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

13 milyonluq dələduzluq edən dəstə TUTULDU: biri azərbaycanlıdır

2023-12-22 23:08:33

13 milyonluq dələduzluq edən dəstə TUTULDU: biri azərbaycanlıdır

Türkiyədə avtomobil almaq istəyənləri aldadan dəstə üzvlərinə qarşı əməliyyat keçirilib.

Əməliyyatlar Mersin, Antalya və Adanada baş tutub. Nəticədə 8-i iranlı və 1-i Azərbaycanlı olmaqla 13 nəfər saxlanılıb.

Məlum olub ki, onlar başqalarına aid maşınları satışa qoyaraq 36 nəfərin ümumilikdə 13 milyon lirə (təxminən 757 min 900 manat) pulunu dələduzluq yolu ilə ələ keçiriblər. Daha sonra həmin pulları özlərinin kripto hesablarına yükləyərək, pulların izini itirməyə çalışıblar. Ancaq bu barədə Zonguldak polisinə məlumat daxil olub və ölkənin adı çəkilən bölgələrində əməliyyatlar keçirilib.

Saxlanılan 13 nəfər Zonguldak məhkəməsinə təhvil verilib.\\Referans.az