"13 yaşımda dedi ki, onlar sənin ata-anan deyil" - Ülviyyə Əliyeva
2023-05-22 19:33:00
Aktrisa Ülviyyə Əliyeva yeniyetməlik dövründə yaşadığı travmalardan danışıb.
Hurriyyet.Az xəbər verir ki, bu barədə o, "Günaydın, Azərbaycan" proqramında danışıb.
O, yenidən ailəsi tərəfindən bibisinə övladlıq verildiyini xatırlayaraq keçmişə qayıdıb:
"Bibimin övladı olmayıb, məni ona veriblər. İki ana, iki atam var. Doğulandan 40 gün sonra məni bibimə veriblər. Bir nəfər var idi, 13 yaşımda mənə dedi ki, onlar sənin ata-anan deyil. Buradan deyirəm ki, kimsə övladlığa uşaq götürəndə, mütləq ona bu barədə məlumat versin. Mən travmalar aldım. Ən təhlükəli yaş idi".\\Metbuat.Az