📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

13 yaşlı uşaq bayram günlərində - Barmağını itirdi...

2026-03-25 12:38:50

13 yaşlı uşaq bayram günlərində - Barmağını itirdi...

Göygöl rayonunda bədbəxt hadisə baş verib.  

“Qafqazinfo” xəbər verir ki, hadisə martın 22-si saat 22 radələrində qeydə alınıb.  

Üçtəpə kəndi ərazisində Gəncə şəhər sakini 2013-cü il təvəllüdlü Sübhan Xaliq oğlu Bayramovun əlində pirotexniki vasitə partlayıb. Nəticədə onun əlləri əzilərək deşilib və 1 barmağı amputasiya olunub.  

Faktla bağlı araşdırmalar aparılır.