📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

14 milyondan artıq ukraynalı qaçqın Polşa sərhədini keçib

2023-08-02 17:05:00

14 milyondan artıq ukraynalı qaçqın Polşa sərhədini keçib

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki,  1 avqust tarixinə olan məlumata görə, indiyə qədər Ukraynadan Polşaya keçən qaçqınların sayı 14 milyon 182 min nəfərə çatıb. Onlardan 12 milyon nəfəri ölkəni tərk edib. Təkcə 1 avqust tarixində 30800 nəfər ukraynalı Polşa sərhədini keçib. Bu barədə məlumat sərhəd xirmətinin sosial hesabında yerləşdirilib.

Açıqlamada deyilir: “Müharibə başlanandan (2022-ci il fevralın 24-dən) bəri ümumilikdə 14 milyon 182 min nəfər Ukraynadan Polşaya keçib”.

Polşa rəsmilərinin açıqlamasına görə, ölkədə 2 milyon nəfərə qədər ukraynalı yaşayır.

Hürr Tərcüman