📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

14 YAŞLI YENİYETMƏ QONŞUNU GÜLLƏLƏDİ - Tanınmış iş adamının nəvəsidi + FOTO

2026-09-21 13:09:18

14 YAŞLI YENİYETMƏ QONŞUNU GÜLLƏLƏDİ - Tanınmış iş adamının nəvəsidi + FOTO

Ağdaşda silahlı insident baş verib.

Hurriyyet.media "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon sakini olan 51 yaşlı qadın qarın nahiyəsindən aldığı xəsarətlərlə xəstəxanaya müraciət edib.

Məlum olub ki, ona xəsarəti qonşuluqda yaşayan 14 yaşlı M.Ə. yetirib.

Belə ki, yeniyetmə küçə heyvanına tir tüfəngi ilə atəş açarkən güllə ehtiyatsızlıqdan qonşuluqda yaşayan qadına dəyib.

Faktla bağlı araşdırma aparılır. Hadisədə istifadə edilən tir tüfəngi polis əməkdaşları tərəfindən götürülüb.

Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən M.Ə. Ağdaşda tanınmış sahibkar olan Məhəmməd Əliyevin nəvəsidir.