📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

15-ci gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

2022-03-11 14:02:00

15-ci gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

Ukrayna ordusu düşmənin itkiləri ilə bağlı statistikanı yeniləyib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ukrayna ordusunun Baş Qərargahı Feysbuk səhifəsində məlumat yayıb.

“Fevralın 24-dən martın 11-dək rus ordusunun 12 mindən çox əsgəri, 353 tankı, 1 165 zirehli döyüş maşını, 125 artilleriya sistemi, 58 raket sistemi, 31 hava hücumundan müdafiə sistemi, 57 təyyarəsi, 83 helikopteri, 558 avtomobil avadanlığı, 60 yanacaq və sürtkü materialları olan sisterni və 7 ədəd pilotsuz təyyarəsi məhv edilib”, - məlumatda bildirilib.