📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

15 gün əvvəl toyu olan gənc öldü - FOTO

2022-07-12 11:51:00

15 gün əvvəl toyu olan gənc öldü - FOTO

Dünən saat 15 radələrində İsmayıllı rayonunun Aşıqbayramlı kəndi ərazisində ağır yol qəzası baş verib.

Hurriyyet.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, Göyçay rayonu, Alxasova kənd sakini, 1992-ci il təvəllüdlü Şükran Cəfərovun idarə etdiyi “VAZ-2104” markalı avtomobillə S.Hüseynovun idarə etdiyi “Howo” markalı betonqarışdıran maşın toqquşub.

Nəticədə Ş.Cəfərov və sərnişini olan həyat yoldaşı V.Novruzova ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib, Ş.Cəfərov orada ölüb.

Qeyd edək ki, Şükran Cəfərovla V.Novruzova 15 gün əvvəl ailə həyatı qurublarmış.

Faktla bağlı İsmayıllı RPŞ tərəfindən araşdırma aparılır.

15 gün əvvəl toyu olan gənc öldü -  FOTO
15 gün əvvəl toyu olan gənc öldü -  FOTO
15 gün əvvəl toyu olan gənc öldü -  FOTO
15 gün əvvəl toyu olan gənc öldü -  FOTO