📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

15 min qurban, 1,5 milyon qaçqın – Rusiyanın Donbassdakı separatçılığının Ukraynaya vurduğu yara

2021-12-14 16:06:00

15 min qurban, 1,5 milyon qaçqın –  Rusiyanın Donbassdakı separatçılığının Ukraynaya vurduğu yara

Zelenski: “Əsirlər elə dəhşətli haldadırlar ki, Rusiya onları Qırmızı Xaçdan gizlədir”

Hurriyyet.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Moskvanı Donbassla bağlı məzmunlu danışıqlara qaytarmağın mümkün olmadığını söyləyib. O, İtaliyada dərc edilən “Repubblika” (“La Repubblica”) qəzetinə müsahibəsində Rusiyanın 2019-cu ildə Parisdə keçirilmiş Normand formatında (Almaniya, Rusiya, Ukrayna, Fransa) sammitdə əldə edilmiş razılaşmalara əməl eləmədiyini deyib: “Rusiya tərəfindən əldə edilməyən razılaşmalardan biri kimi əsirlərlə bağlı razılaşmanı nümunə göstərmək olar. İşğal edilmiş ərazilərdə yüzlərlə insanımız əsirlikdə saxlanılır. Rusiya onların beynəlxalq təşkilatlarla tam və qeyd-şərtsiz əlaqəsini təmin eləməyi aydın şəkildə vəd eləmişdi. Lakin, bu, baş vermir. Çünki ukraynalı əsirlər o qədər dəhşətli vəziyyətdədirlər ki, Rusiya onları Qırmızı Xaça göstərə bilmir”.

Zelenski qeyd edib ki, Donbassda münaqişə başlanandan bəri Ukrayna 15 min nəfər insanını itirib: “Müharibə dövründə artıq 15 min nəfərə yaxın insanımız həlak olub. 1,5 milyon ukraynalı öz evlərini tərk edərək daxili qaçqına çevrilməyə məcbur olub”.

 

Hürr Tərcüman