📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

15 yaşdan kiçiklərə qadağan edəcəkdilər - Ləğv edildi

2026-08-15 10:29:06

15 yaşdan kiçiklərə qadağan edəcəkdilər - Ləğv edildi

Fransanın Konstitusiya Şurası uşaqların müdafiəsi haqqında qanunun 15 yaşdan kiçik şəxslərin sosial mediadan istifadəsini qadağan edən əsas müddəasını ləğv edib.

Hurriyyet.Media xəbər verir ki, bu haqda “AFP” məlumat yayıb.

Hakimlər bu tədbirin “ifadə azadlığına və məlumatın yayılmasına qeyri-mütənasib müdaxilə” təşkil etdiyi barədə qərar çıxarıblar.

Parlament tərəfindən 21 iyulda qəbul edilmiş qanunun 1 sentyabrda qüvvəyə minməsi nəzərdə tutulmuşdu. Bu qanun 15 yaşdan kiçik uşaqların TikTok, “Snapchat”, “X” və “Instagram” kimi platformalardan, eləcə də “YouTube” kimi xidmətlərin sosial funksiyalarından istifadəsini qadağan edəcəkdi.