📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

15 yaşlı Goranboy sakini ölkənin ən gənc tələbəsi adını qazanıb

2021-09-09 17:04:00

15 yaşlı Goranboy sakini ölkənin ən gənc tələbəsi adını  qazanıb

Goranboy rayonun 2 saylı orta məktəbin məzunu olan bu iki bacı qardaşı doğmalıqdan başqa, həm də çox maraqlı tale yolu birləşdirir.

2004-cü il təvəllüdlü Leyla Səfərli ilə 2006 - cı il təvəllüdlü Həmid Səfərli yaş fərqlərinə baxmayaraq birinci sinfə eyni vaxta gedib, musiqi təhsilini eyni vaxtda alıb, eyni universitetə daxil olublar. APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, 17 yaşlı Leyla 632, 15 yaşlı Həmid isə 602 balla Azərbaycan Tibb Universitetinin tələbəsi adını qazanıblar. Həmidin lap uşaq yaşlarından sahib olduğu xüsusi istedadı onu ölkənin ən gənc tələbəsi edib. Həmid deyir ki, uğurunun tək səbəbi çox çalışmasıdır.

Yeniyetmələrin valideynləri də övladlarının uğuruna görə xeyli xoşbəxtdirlər.

Hər iki yeniyetmə Azərbaycan Tibb universitetinin müalicə işi fəkültəsinə qəbul olub.