15 yaşlı qız evlənmək məqsədilə qaçırıldı
2026-10-02 15:36:42
Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırılıb.
Hurriyyet.net xəbər verir ki, hadisə rayonun Səfərli kəndində baş verib.
2011-ci il təvəllüdlü S.Soltanova (şərti) ailəsindən xəbərsiz yaşadığı evi tərk edib.
Onun evlənmək məqsədilə tanış olduğu şəxslə birgə getdiyi bildirilib.
Ailə üzvləri qızın qaçırılması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Faktla bağlı araşdırma aparılır. Onun yerinin müəyyən edilərək tapılması istiqamətində zəruri tədbirlər görülür.