📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

15 yaşlı yeniyetmə kanalda boğulub öldü

2026-08-07 21:31:13

15 yaşlı yeniyetmə kanalda boğulub öldü

Beyləqan rayonunda 15 yaşlı yeniyetmə su kanalında boğularaq ölüb.

Hurriyyet.media “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Bünyatlı kəndi ərazisində qeydə alınıb.

Hadisə zamanı Gödəklər kənd sakini, 2011-ci il təvəllüdlü Əmrahlı Murad Ramil oğlu kanalda çimərkən boğulub.

Yeniyetmənin meyiti kənd sakinləri tərəfindən sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.