16 il Almaniyanı idarə edən Merkel Bill Qeytsi ifşa etdi – “Peyvənd aldırmaq üçün...”
Almaniyanın keçmiş kansleri Angela Merkel Bill Qeytsin böyük maliyyə imkanlarını hökumətlərə təsir göstərmək vasitəsinə çevirdiyini bildirib.
Hurriyyet.media xəbər verir ki, Merkel Bill Qeytsin sahib olduğu böyük maliyyə imkanlarından hökumətlərin peyvəndləməyə daha çox vəsait ayırmasına nail olmaq üçün istifadə etdiyini deyib.
Keçmiş kanslerin sözlərinə görə, Qeyts maliyyə gücü hesabına hökumətlər üzərində mənəvi təzyiq yarada bilirdi. Merkel qeyd edib ki, söhbət xüsusilə Gavi – Peyvənd Alyansının maliyyələşdirilməsindən gedirdi.
Merkel bildirib ki, Almaniya Gavi-yə kifayət qədər maliyyə ayırmadıqda hökumət dərhal təzyiqlə üzləşirdi. Onun sözlərinə görə, Bill Qeyts hətta Afrika ölkələrinin rəhbərlərinə Almaniyanın həmin il bu məsələdə xəsislik etdiyini deyirdi.
Keçmiş kansler bunun Qeytsin böyük maliyyə imkanlarının ona nə qədər ciddi təsir gücü verdiyini göstərdiyini vurğulayıb.