📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

16 mindən çox şəxs Ukraynadan Azərbaycana gətirildi

2022-12-29 22:41:00

16 mindən çox şəxs Ukraynadan Azərbaycana gətirildi

Azərbaycan hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində 2022-ci ildə 54-ü uşaq və 14-ü qadın olmaqla, ümumilikdə 68 vətəndaşın, son 3 il ərzində isə 380-i uşaq və 29-u qadın olmaqla, ümumilikdə 409 vətəndaşın İraq və Suriyadan repatriasiyası həyata keçirilib.

Hurriyyet.Az xəbər verir ki, bu barədə məlumat Xarici İşlər Nazirliyinin 2022-ci ilin yekunlarına dair hesabatında öz əksini tapıb.

Hesabatda, həmçinin Azərbaycan hökumətinin dəstəyi ilə Ukraynadan ümumilikdə 16 mindən çox şəxsin (vətəndaşların və onların ailə üzvü olan xarici ölkə vətəndaşlarının) ölkəmizə təxliyəsinin təmin olunduğu bildirilib.