📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

161 saylı marşrutda BİABIRÇILIQ – Qırıq qapı ilə sürücü yoluna davam edir

2022-08-31 16:38:00

161 saylı marşrutda BİABIRÇILIQ – Qırıq qapı ilə sürücü yoluna davam edir

Bakıda hərəkətdə olan sərnişin avtobusunun qapısı qırılıb. Sürücü bu vəziyyətdə sərnişin avtobusunu idarə edib. Söhbət Hövsan-Suraxanı qəsəbəsi üzrə hərəkət edən 161 nömrəli marşrutdan gedir.

Hurriyyet.az
xəbər verir ki, bununla bağlı Bizim.Media-ya həmin avtobusdan mütəmadi istifadə edən sərnişin şikayət edib və biabırçı mənzərənin görüntüsünü təqdim edib.

Şikayətçi sərnişinin bildirdiyinə görə 161 nömrəli marşrut xəttinin sürücüsü avtobusun qırılmış qapısına məhəl qoymayaraq nəqliyyat vasitəsinin hərəkətini davam etdirib.

Qeyd edək ki, 161 nömrəli avtobusların acınacaqlı durumu ilə bağlı məsələni dəfələrlə gündəmə gətirmişik.

İstismarda olan bu sərnişin avtobuslarının hamısı texniki baxımdan yararsızdır. Vəziyyət o qədər acınacaqlıdır ki, bu işgəncəni təsvir etməyə söz acizdir.

Onu da əlavə edək ki, bu günlərdə Bakı Nəqliyyat Agentliyi (BNA) sərnişindaşımaların vəziyyəti qənaətbəxş hesab edilməyən ümumilikdə 7 müntəzəm marşrut xətti ilə bağlı müsabiqə elan edib. Həmin marşurutlar arasında 161 saylı avtobus da yer alıb.

161 saylı marşrutda BİABIRÇILIQ

0