📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

169 nəfər müsabiqədənkənar tələbə oldu

2026-08-24 21:15:44

169 nəfər müsabiqədənkənar tələbə oldu

Xəbər verdiyimiz kimi,  Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb.

Hurriyyet.media  məlumatına görə, bu il 169 abituriyent müsabiqədənkənar qaydada ali təhsil müəssisələrinə qəbul olunub.

Onlardan 3 nəfəri beynəlxalq fənn olimpiadalarının, 103 nəfəri respublika fənn olimpiadalarının, 63 nəfəri isə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramının (IB) iştirakçısı olub.

Həmin şəxslər müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olmaq hüququ qazanaraq müvafiq ixtisaslara yerləşdiriliblər.