📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

17-ci gün: Ukrayna rus ordusunun itkilərini açıqladı

2022-03-12 13:22:00

17-ci gün: Ukrayna rus ordusunun itkilərini açıqladı

Ukrayna rus ordusunun itkiləri ilə bağlı məlumatı yeniləyib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ukrayna ordusunun Baş Qərargahı məlumat yayıb.

“Fevralın 24-dən martın 11-dək rus ordusunun 12 mindən çox əsgəri, 362 tankı, 1205 zirehli döyüş maşını, 135 artilleriya sistemi, 33 hava hücumundan müdafiə sistemi, 58 təyyarəsi, 83 helikopteri, 585 hərbi avtomobili və 7 ədəd pilotsuz təyyarəsi məhv edilib”, - məlumatda bildirilib.