📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

17 yaşlı oğlan infarktdan öldü

2026-10-01 15:42:16

17 yaşlı oğlan infarktdan öldü

Goranboy rayonunda 17 yaşlı oğlan ürək çatışmazlığından ölüb.

Hadisə rayonun Aşağı Ağcakənd qəsəbəsində baş verib.

Qəsəbə sakini – 2009-cu il təvəllüdlü Qasım Ziyəddin oğlu Musayev yaşadığı evdə qəfil infarkt keçirib. O, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır./oxu.az