📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

18 yaşlı oğlan məktəbin qarşısında öldürülüb - Polis şübhələni saxladı-Yenilənib

2026-10-05 16:14:20

18 yaşlı oğlan məktəbin qarşısında öldürülüb - Polis şübhələni saxladı-Yenilənib

Ötən gün Bakının Xətai rayonunda 18 yaşlı oğlan bıçaqlanaraq qətlə yetirilib.

Hurriyyet.net  “Bakupost”a istinadən xəbər verir ki, hadisə 56 nömrəli məktəbin qarşısında baş verib.

Əraziyə polis əməkdaşları cəlb olunub.

Hadisənin təfərrüatları hələlik məlum deyil.

TƏBİB-dən verilən məlumata görə, dünən saat 21:25-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xətai rayonundan çağırış qeydə alınıb:

“Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeyd alınıb”.

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən Q.Mahmudov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.