📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

18,5 milyon dəyərində 3 tenderə yekun vuruldu - 3 ŞİRKƏT İRİ TENDERLƏR UDDU

2023-11-28 16:30:40

18,5 milyon dəyərində 3 tenderə yekun vuruldu - 3 ŞİRKƏT İRİ TENDERLƏR UDDU

Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti Və Təchizat İdarəsi 3 tenderə yekun vurub.

Hurriyyet.az xəbər verir ki, “Abşeron rayonu, Qobu qəsəbə 3 nömrəli 240 şagird yerlik tam orta məktəbin əsaslı təmiri və 22 əlavə sinif otağının tikintisi işlərinin satınalınması” tenderinin qalibi “Hidro Construction” MMC olub.

Şirkətlə 6 103 720 manat məbləğində müqavilə imzalanıb.

 “Sabirabad rayonu, Z.Əliyev adına Quruzma kənd 528 şagird yerlik tam orta məktəbin tikinti işlərinin satınalınması” tenderinin qalibi “Litosfer” MMC olub.

Şirkətlə 6 840 248 manat məbləğində müqavilə imzalanıb.

 “Respublika üzrə bir sıra təhsil müəssisələrinin kommunal-kommunikasiya işlərinin satınalınması” tenderinin qalibi “Mühəndislik Tikinti Təchizat” QSC olub.

Şirkətlə 5 599 988 manat məbləğində müqavilə imzalanıb.

FED.az