186 km sərhəd boyunca 5 metr hündürlükdə hasar çəkildi - VİDEO
2022-06-30 17:08:00
“Təhlükəsiz olacaq”
Hurriyyet.az xəbər verir ki, Polşanın Belarusla sərhədində 5 metr hündürlüyündə hasarın tikintisi başa çatıb.
Bu barədə məlumatı Polşanın Sərhəd Xidməti verib. Xidmətin "Tvitter" hesabındakı açıqlamada deyilir: “Yanvarın 25-də dövlət sərhədində fiziki maneənin tikintisi başlamışdı. Bu gün iş başa çatır. Beş aylıq intensiv iş və monitorinq 186,25 kilometr məsafə və 49 ton polad. Təhlükəsiz olacaq”.
Hürr Tərcüman