📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

19-cu mərtəbədən yıxılan qız öldü

2026-04-27 16:54:40

19-cu mərtəbədən yıxılan qız öldü

Ötən gecə paytaxtın Səbail rayonunda faciəvi hadisə baş verib.

Hurriyyet.az xəbər verir ki, saat 22 radələrində 2007-ci il təvəllüdlü Zeynəb Toğrulovna Əliyeva yaşadığı A.Abbaszadə küçəsi 17 ünvanındakı 20 mərtəbəli binanın 19-cu mərtəbəsinin dəhlizindən yıxılıb. O, hadisə yerində ölüb.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.