📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

2 gəmi toqquşdu

2022-01-31 17:50:00

2 gəmi toqquşdu

Niderland sahillərində yük gəmisi ilə tanker toqquşub.

Trend-in məlumatına görə, hadisə nəticəsində xəsarət alanlar olmasa da, batmaqda olan yük gəmisindəki 18 nəfərin xilas edilməsi üçün bölgəyə kater və helikopterlər yola salınıb.

Neft və kimyəvi məhsullar daşıyan tankerə ciddi ziyan dəymədiyi deyilir.

Qeyd olunur ki, qəza Şimal dənizində kəskin hava şəraitində baş verib. Hazırda bölgədə tüğyan edən "Korri" qasırğası xilasetmə işlərinə maneə törədir.

Trend.az