📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

2 türk əsgər şəhid oldu

2022-06-23 11:53:00

2 türk əsgər şəhid oldu

Türkiyənin Diyarbəkir şəhərində 2 hərbçi şəhid olub.

Hurriyyet.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Jandarm Komando Alay Komandanlığının 2 hərbçisi - Oğuzhan Arduç və Turgut İçen "Eren Abluka-18” əməliyyatı zamanı terrorçularla silahlı qarşıdurmada şəhid olublar. Daha bir hərbçi Mustafa Can Akdoğan isə yaralanıb.

Terrorçuların zərərsizləşdirilməsi üçün əraziyə əlavə qüvvə cəlb olunub.